Gəncə komandası bürünc medalları qazandı - FOTOLAR

Hit: 772
Gəncə komandası bürünc medalları qazandı - FOTOLAR
Tovuz Olimpiya Kompleksində "FUTNET" idman növü üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş turnir keçirilib.
 
Turnirdə Tovuzun "Turan", Gəncə, Qazax və Qərb bölgəsinin digər komandaları iştirak edib. Ümumilikdə 12 komandanın iştirak etdiyi turnirdə Tovuz komandası 1-ci, Tovuz Turan komandası 2-ci, Gəncə komandası 3-ü yer tutub. Hər üç mükafatçı FUTNET üzrə Avropa yarışlarına qatılmaq üçün may ayının 27-28 -zi tarixində Bakı şəhərində keçiriləcək turnirdə iştirak edəcək.
 
Gəncə təmsilçisinin mətbuat katibi Valeh Əsədovun bizə verdiyi məlumata görə, komandanın heyətində Gəncə futbolunun yetirmələri Nicat Əliyev, Əli Səmədov və Zahid Sadıqov iştirak edirdilər, komandanın baş məşqçisi İlqar Əliyevdir. Artıq növbəti mövsümdən etibarən Futnet üzrə superliqa yarışlarında iştirak edəcək komanda, bu yarışda qazandığı nəticə ilə ilk uğurunu əldə etmiş olub.
 

 

1
1
1
1








Redaktorun seçimi