"Qarabağ" ardıcıl üçüncü dəfə "qızıl dubl" etməyi bacardı - YENİLƏNİB

Hit: 836
"Qarabağ" ardıcıl üçüncü dəfə "qızıl dubl" etməyi bacardı - YENİLƏNİB

Bu gün Azərbaycanda futbol mövsümünün son matçı keçiriləcək.

Faktor.az xəbər verir ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əvvəlki illərlə müqayisədə daha qısa olan cari mövsümə Naxçıvanda yekun vurulacaq.

Azərbaycan kubokunun final Muxtar Respublikada matçı baş tutacaq. Həlledici görüşdə “Qarabağ”la “Qəbələ” qarşılaşacaq ki, bu əyalət təmsilçiləri mövsümdə 5-ci görüşü olacaq.

Premyer Liqada çempionluq uğrunda mübarizə aparan komandalar ikinci dərəcəli titulun sahibini də öz aralarında müəyyənləşdirəcək. Ardıcıl 4-cü dəfə çempionluğu bayram edən “Qarabağ” Naxçıvana “Qızıl dubl” ardınca yollanıb.

Qurban Qurbanovun yetirmələri son iki ildə olduğu kimi, yenə kuboku başı üzərinə qaldırsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Əyalət təmsilçisi həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm üç mövsüm “Qızıl dubl”ları sıralayan ilk Azərbaycan komandası olacaq.

“Qəbələ” də Naxçıvanda ilk gerçəkləşdirmək iddiasındadı. Roman Qriqorçukun yetirmələri kuboku başı üzərinə qaldırsa, tarixində ilk titula yiyələnəcək. Düzdü, qəbələlilərin aktivində Premyer Liqaya yüksələrkən qazandığı I dəstənin çempionluğu var. Lakin yüksək səviyyəli titul baxımından ilk uğur məhz sabah qazanıla bilər.

Azərbaycan kuboku

Final

5 may

“Qarabağ” – “Qəbələ” - 2:0

Qollar: Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (avtoqol)

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əli Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Naxçıvan Muxtar Respublika stadionu









Redaktorun seçimi