“Ronaldonun bəxtsizliyi Messi ilə eyni dövrə düşməsidi”

Hit: 743
“Ronaldonun bəxtsizliyi Messi ilə eyni dövrə düşməsidi”

Karyerasını Qətərdə davam etdirən Xavi Ernandes keçmiş komanda yoldaşı Lionel Messi ilə “Real”ın hücumçusu Kriştianu Ronaldonu müqayisə edib.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Barselona”nın liderini dünyanın ən güclüsü hesab edir.

O bildirib ki, Messi ilə eyni dövrə düşməklə portuqaliyalının bəxti gətirməyib: “Ronaldo böyük futbolçudu. Messi olmasaydı, daha çox tərif alardı. Onun ən böyük bəxtsizliyi Leo ilə eyni dövrdə futbol oynamasıdı. Ronaldo anadangəlmə qolçudu, hər matçda qol vurur və komandasına qələbə qazandırır. Amma Messi kimi bir futbolçu ilə müqayisə edilməsi şanssızlığıdı. Messi mənim üçün futbol tarixinin ən güclü oyunçusudu. Ronaldo da yaxşıdı, amma Messi onu çoxdan keçib”.

Qeyd edək ki, 1998-2015-ci illərdə “Barselona”nın formasını geyinən Xavi Ernandes 2015-ci ildən “Əl-Sədd” klubunda çıxış edir.









Redaktorun seçimi