Partlayışdan sonra ilk məşq

Hit: 508
Partlayışdan sonra ilk məşq

“Borussiya”nın müdafiəçisi Mark Bartra yenidən məşqləri bərpa edib.

Faktor.az xəbər verir ki, ispan oyunçu 11 apreldə Çempionlar Liqasının 1/4 final ilk oyunundan əvvəl Dortmundda baş verən partlayışdan sonra ilk dəfə hazırlıqlara qatılıb.

O, həkimin və fizioterapevtin nəzarəti altında yarım saat müddətində qaçışla məşğul olub.

Qeyd edək ki, “Borussiya”nın klub avtobusunun yaxınlığında baş verən partlayışda Mark Bartra sağ qolundan yaralanmışdı.









Redaktorun seçimi