Kapitan azarkeşlərə müraciət etdi - FOTO

Hit: 429
Kapitan azarkeşlərə müraciət etdi - FOTO
"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqanın sonuncu turunda Gəncədə "İnter”ə qarşı keçirəcəkləri oyun öncəsi azarkeşlərə müraciət edib.
 
Faktor.az xəbər verir ki, klubun rəsmi saytında yer alan müracitdə T.Axundov azarkeşləri onlara dəstək olmağa çağırıb:
 
"Bütün azarkeşləri bu mövsüm sonuncu dəfə "Kəpəz”ə dəstək olmağa səsləyirəm. Hər şey ola bilər, Avroliqaya vəsiqə də qazana bilərik. İndi komandanın dəstəyə daha çox ehtiyacı var. Əhval-ruhiyyəmiz yaxşıdır. Sonuncu oyunumuz evdə olduğu üçün sözsüz ki, həyacan olacaq. Çempionatı qələbə ilə başa vurmağı düşünürük. Bununla da fanatlara hədiyyə etmək istəyirik.
 
Futbol olmayan vaxtlarda Gəncə azarkeşləri üçün çox darıxacağıq. Onlara çox öyrəşmişik. Həmişə arxamızda durublar, dəstək veriblər. Buna görə onlara minnətdarıq. Hamımız istəyərik ki, mövsüm bitməsin, azarkeşlərin önündə daha çox oynayaq. İnşallah, gələn mövsümdə komanda sayı çox olar və çempionat uzanar”. 
 








Redaktorun seçimi