"Liverpul"un 18 yaşlı uşaqları Cerarda əmanət

Hit: 428
"Liverpul"un 18 yaşlı uşaqları Cerarda əmanət
"Liverpul"un əfsanə futbolçusu Stiven Cerard yeni mövsümdən klubun U-18 komandasını çalışdıracaq. 
 
Faktor.az xəbər verir ki, klub açıqlamasında keçən il karyerasını bitirəndən sonra klubun akademiyasında məşqçiliyə başlayan Cerardın gələn mövsümdən klubun 18 yaşlılarından ibarət komandasını çalışdıracağı bildirilib.  Onun yerini alacaq Neil Kritçley isə U-23-ün sükanı arxasına keçəcək. 
 
Açıqlamada təəssüratlarını bölüşən məşhur futbolçu, "Bir pillə daha irəliləmək və öz komandamı çalışdırmaq məsələsində rəhbərliklə həmfikir olduq. Neil indiyə qədər gözəl iş çıxardı. Ümid edirəm ki, mən də öncə U-23-ə, daha sonra əsas yığmaya önəmli futbolçular yetişdirməkdə faydalı olacam".








Redaktorun seçimi