"Qarabağ"ın çempionluq qələbəsi - VİDEO

Hit: 726
"Qarabağ"ın çempionluq qələbəsi - VİDEO

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulub. 

Faktor.az xəbər verir ki, tura mərkəzi oyunla yekun vurulub. Artıq mükafatları təmin edən “İnter”lə “Qarabağ” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Qızıl şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi qarşısında ilk məğlubiyyətini alıb.

Bu nəticə isə ağdamlıların çempionluğu erkən elan etməsinə səbəb olub. Səfərdə 3 xal üçün qazanan Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsinə əsasən "Qəbələ" ilə fərqi 7 xala çatdırıb ki, bu da son iki tur öncəsi əlçatmaz olmaq deməkdir. Qazanılan 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyıb.









Redaktorun seçimi