“Qəbələ” belə məğlub oldu - VİDEO

Hit: 891
“Qəbələ” belə məğlub oldu - VİDEO

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulub. 

Faktor.az xəbər verir ki, İlk görüş Gəncədə baş tutub. “Kəpəz”in qonağı olan “Qəbələ” səfərdən məğlub dönüb. Oyuna sürətli başlayan Roman Qriqorçukun yetirmələri ilk hissədə ələ düşən imkanlardan yararlana bilməyib. Bir neçə epizodda qapı dirəyi, qapıçı və oyunçuların qeyri-dəqiqliyi hesabı açmağa mane olub. İkinci hissədə isə azarkeşlər komandaların qarşılıqlı hücumlarına şahidlik ediblər. Hesab isə 70-ci dəqiqədə açılıb. Rasim Ramaldanovla mübarizədən qalib ayrılan Julian Ebah topu qapıdan keçirib. Bundan sonra "qırmızı-qaralar" bərabərlik üçün irəli atılsa da, cavab qolunu vurmaq mümkün olmayıb. Əvəzində isə oyuna əlavə olunmuş 3-cü dəqiqədə matçın ən fəallarından olan Dario Federiko oyunda son nöqtəni qoyub.

Bununla da çempionluğa olan nəzəri şanslarını da çətinə salan "Qəbələ"dən fərqli olaraq "Kəpəz"in Avrokubok şansı davam edib. 









Redaktorun seçimi