“Yuventus”a zədə şoku - “Barselona”ya qarşı oynayacaqmı?

Hit: 985
“Yuventus”a zədə şoku - “Barselona”ya qarşı oynayacaqmı?

“Yuentus” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında Dibalanın xidmətindən yaralanmaya bilər.

Faktor.az xəbər verir ki, argentinalı futbolçu zədələnib.

Belə ki, İtaliya A seriyasının “Peskara” ilə oyununda xəsarət alan futbolçu matçı yarımçıq tərk etmişdi. Qarşılaşma başa çatdıqdan sonra “qoca sinyora”nın baş məşqçisi Alleqri futbolçu haqqında sualı cavablandırıb: “Dibala ayağına zərbə alıb. Hələlik vəziyyəti haqqında qəti nəsə demək olmaz. “Barselona” ilə oyuna yetişib-yetişməyəcəyi zamanla bəlli olacaq. Qarşıda hələ 4 gün var”.

Qeyd edək ki, “Barselona” – “Yuventus” oyunu aprelin 19-da baş tutacaq. İlk matçda italiyalılar 3:0 hesablı qələbə qazanıblar.









Redaktorun seçimi