Ronaldo barədə şok iddia - 375 min dollar verərək…

Hit: 461
Ronaldo barədə şok iddia - 375 min dollar verərək…

“Real”ın və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldoyla bağlı şok iddia ortaya çıxıb.

Faktor.az xəbər verir ki, Almaniyanın nüfuzlu “Bild” nəşrində 32 yaşlı forvardın 2009-cu ildə, ABŞ-ın Las-Veqas şəhərində bir qadını zorlaması barədə xəbər yayılıb. Xəbərdə Ronaldonun onu günahlandıran qadına məhkəməyə müraciət etməməsi üçün 375 min dollar verərək anlaşdığı qeyd edilib.

Hadisənin 2009-cu il iyunun 13-də, Las-Veqasdakı bahalı otellərdən birində baş verdiyi yazılıb.

Məsələylə bağlı açıqlama verən Ronaldonun meneceri Xorxe Mendes ittihamları rədd edib. Futbolçunun vəkili isə xəbəri yayanlara qarşı hüquqi tədbirlər görəcəklərini bildirib.









Redaktorun seçimi