“Sumqayıt” qələbəni əldən verdi, “Neftçi”dən darmadağın - YENİLƏNİB - VİDEO

Hit: 789
“Sumqayıt” qələbəni əldən verdi, “Neftçi”dən darmadağın - YENİLƏNİB - VİDEO

Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib.

Faktor.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Sumqayıt” “Zirə”ni qəbul edib. Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparan komandaların duelində qalib gələn olmayıb. "Kimyaçılar" sona 7 dəqiqə qalmış hesabı açsa da, qonaqlar son dəqiqədə bərabərlik aolunu vurub. Ayaz Mehdiyevin səbəb olduğu penaltini Milan Duriç dəqiq yerinə yetirib. 

Ayxan Abbasovun yetirmələrinin qarşılaşmadan 1 xalla ayrılması "Neftçi"ni ümidlədirib. “Zirə”nin büdrəməsinə istifadə edən “Neftçi” turnir cədvəlindəki qonşusu, autsayder AZAL-ı darmadağın edib. 4 qolun vurulduğu qarşılaşmada qonaqların oyunçusu Nuqzar Kvirtiya penalti zərbəsindən yararlana bilməyib.

Topaz Premyer Liqası

26-cı tur

15 aprel (şənbə)

“Neftçi” – AZAL - 4:0

Qollar: Zdenek Folprext, 14; Daniel Seqovia, 17, Herrera, 35, Rəhman Hacıyev, 55

İstifadə olunmayan penalti: Nuqzar Kvirtiya, 75 (üst)

Mövsümün ilk 3 oyunu: 2:0, 0:1, 1:0

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Əhmədağa Cabbarov

8-ci km stadionu

“Sumqayıt” – “Zirə” - 1:1

Qollar: Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (pen)

Mövsümün ilk 3 oyunu: 1:0, 1:0, 0:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim inspektor: Məlik Həsənov

Sumqayıt. Şəhər stadionu









Redaktorun seçimi