Messi hakimi söydüyü üçün izahat verəcək

Hit: 551
Messi hakimi söydüyü üçün izahat verəcək

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Argentina - Çili matçının hakimini söydüyü üçün 4 oyunluq cəzlandırılan Lionel Messi izahat verəcək.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, FIFA argentinalı ulduzu Sürixə çağırıb. Bu barədə məlumatı Argentina Futbol Federasiyası yayıb.

Messi İsveçrədə keçiriləcək görüşdə vəkilləri ilə birlikdə özünü müdafiə etməyə çalışacaq.

Qeyd edək ki, ulduz oyunçu açıqlamasında qarşılaşmanın hakimlərinə qarşı xoşagəlməz ifadə işlətmədiyi bildirmişdi.









Redaktorun seçimi