"Səbail" xal itirdi, "Turan Tovuz" çempion oldu!

Hit: 596
"Səbail" xal itirdi, "Turan Tovuz" çempion oldu!

Futbol üzrə Azərbaycan I Divizionunda 24-cü tura yekun vuruldu.  

Faktor.az 
xəbər verir ki, son oyun günündə qeydə alınan təticələr aşağıdakı kimidir.

"Bakılı” 4–0 "Göyəzən”
Qollar: Vüsal Səfərov, 4; Elnur Abdulov, 10; Aslan Hüseynov, 56 (p.); Elvin Hacızadə, 67

"Şəmkir” 5–1 "Energetik”
Qollar: Cəmil Rəhimli, 21; Ramil Sadıqov, 26; Etibar Süleymanov, 40; Etibar Alıyev, 55 (ö.q.); Bəhruz Teymurov, 58 // Tural Məmmədzadə, 69

"Zaqatala” 1–1 "Səbail”
Qollar: Oruc Balaşlı, 18 // Bayram Budaqov, 75

Dünən keçirilən oyunlarda "Qarabadağ Lökbatan" səfərdə "Mil-Muğan"ı, "Turan Tovuz" isə doğma meydan MOİK-i məğlub etmişdi.

24 turdan sonra 57 xal toplayan Tovuz komandası elitaya vəsiqəni və çempionluğu təmin edib. Belə ki, bu günkü heç-heçə sayəsində "Səbail" 1 xal qazanıb və xalını 51-ə çatdırıb. Qalan iki turda paytaxt təmsilçisi üçün "Turan Tovuz" əlçatmazdı.









Redaktorun seçimi