"Lion" və "Beşiktaş" cəzalanacaq

Hit: 557
"Lion" və "Beşiktaş" cəzalanacaq
Xəbər verdiyimiz kimi, Avropa Liqasının 1/4 finalında keçirilən "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb.
 
Faktor.az xəbər verir ki, qarşılaşmanın 45 dəqiqə geç başlaması, tribunadan enən azarkeşlərə mane olunmaması və digər yaşananlara görə UEFA "Lion"u cərimələyəcək. 
 
"Beşiktaş"ın isə məşalələrə görə cəza alacağı gözlənilir. Bunlar protokolda qeyd olunubsa, İstanbul klubu da pul cəzasına məruz qalacaq. Hətta növbəti oyunu boş tribunalar önündə keçirə bilər. 

Qeyd edək ki, görüş Fransa klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.








Redaktorun seçimi