Ronaldodan yeni rekord

Hit: 476
Ronaldodan yeni rekord

Dünən axşam "Bavariya"nın qapısına iki qol vuran Kriştiano Ronaldo yeni tarixi rekordun müəllifi olub.

Faktor.az 
xəbər verir ki, onun vurduğu 2-ci qol avrokuboklarda 100-cü olub. Ronaldo bu zirvəni ilk fəth edən futbolçu kimi tarixə düşüb.

Onun ən yaxın izləyicisi Messidir. "Barselona"nın futbolçusunun aktivində 97 qol var. 3-cü pillədə isə 76 qolla ispaniyalı Raul dayanır.









Redaktorun seçimi