Millimiz İspaniya, İtaliya, Portuqaliya və daha 4 komanda ilə bir sırada

Hit: 673
Millimiz İspaniya, İtaliya, Portuqaliya və daha 4 komanda ilə bir sırada

Futzal üzrə Avropa çempionatının final mərhələsində birbaşa iştirak edəcək 7 komandanın adına aydınlıq gəlib.

Faktor.az xəbər verir ki, B qrupunu lider tamamlayan millimizlə bərabər daha 6 yığma və ev sahibi Sloveniya artıq qitə birinciliyinə hazırlaşa bilərlər.

Bunlar İtaliya, Ukrayna, Portuqaliya, İspaniya, Qazaxıstan və Rusiya milliləridir.

Daha 8 komanda isə pley-offlarda mübarizə aparacaqlar. Qrup mərhələsini ikinci pillədə tamamlamış Gürcüstan, Macarıstan, Xorvatiya, Rumıniya, Serbiya, Çexiya, Fransa və ən yaxşı 3-cü yerin sahibi Finlandiya finallarda çıxış etmək üçün növbəti şans qazanıblar.

Qeyd edək ki, pley-off oyunları 10-13 və 24-27 sentyabr tarixlərində keçiriləcək. AÇ-nin final mərhələsi ilə 2018-ci ilin qışında baş tutacaq.









Redaktorun seçimi