Nə üçün Qusara gedirik? - VİDEO

Hit: 943
Nə üçün Qusara gedirik? - VİDEO

Azərbaycan Kikboksinq Federasiyası və "Judo Club 2012" idman klubunun birgə təşkilatçılığı ilə aprel ayının 12-də Azərbaycanın Milli Qəhrəmanı, kikboksçu Çingiz Qurbanovun xatirəsinə həsr olunan peşəkar yarış keçiriləcək.

Xüsusilə, torpaqları işğal altında olan bir xalqın vətənpərvərlik və dövlətçiliyin güclənməsinə xidmət edən, bu cür tədbirlərin tez-tez keçirilməsi mütləq vacibdir. Əsasən, bu kimi tədbirlər gənc nəslin sağlam düşüncə ilə hərəkət etməsinə müsbət təsir göstərir.

Biz yaxşı bilirik ki, idman cəmiyyətdə vətənpərvərlik hissinin oyanışında olduqca güclü vasitədir. Bu gün bölgələrdə idmana olan maraq sürətlə artır. Olimpiya İdman Komplekslərinin tikilib istifadəyə verilməsi, bölgələrdə gənc idmançıların formalaşmasına kömək edir.

Şübhəsiz ki, son illər uğurlu fəaliyyəti ilə seçilən Azərbaycan Kikboksinq Federasiyası bölgələrdə idmanın inkişaf strategiyasının dəstəkləyən mərkəzə çevrilib. Artıq kikboksinq idman növü öz kütləviliyi ilə seçilir və bölgələrdə uğurlu yarışlar təşkil edir. Minlərlə insanın yarışı izləməsini buna misal göstərmək olar.

AKF prezidenti, millət vəkili Adil Əliyev ölkə rəhbəri İlham Əliyevin idmanın kütləviləşdirilməsi siyasətini daima çıxışlarında vurğulayır. Federasiya cəmiyyətdə vətənpərvərlik mövzusunu daima gündəmdə saxlayır.

Adil Əliyev mətbuata açıqlamasında yüzlərlə kikboksçunun ordu sıralarında vətənə xidmət etdiyini qeyd etməsi, o deməkdir ki, ordumuzda minlərlə Çingiz Qurbanov kimi igid övladlarımız var. Bundan sonra da var olacaq.

Çingiz Qurbanovun qəhrəmanlığı birinci Qarabağ savaşında qəhrəmanlıq göstərən igid əsgərlərin əməlinin məntiqi davamı idi. Çingizin nəşinin verilməməsi, onun düşmənə böyük zərbə vurmasından xəbər verirdi. Bu gün düşməni qorxudan və onları gecə-gündüz lərzəyə salan Çingiz Qurbanov kimi qəhrəmanlarımızdır. Nə qədər ki belə oğullarımız var, düşmən daima qorxu içində yaşayacaq.

Bir məsələni qeyd edim ki, 1994-cü ildə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda şəhid olan Arif Vəliyev də kikboksçu olub.

Artıq yarışa ölkə ziyalılarının, media nümayəndələrinin və sadə insanların marağı böyükdür. Biz bunu sosial şəbəkələrdə də görürük.

Elnur Eltürk //Faktor.az









Redaktorun seçimi