Kavani “Real”ın təklifini cavablandırdı

Hit: 481
Kavani “Real”ın təklifini cavablandırdı

PSJ-nin hücumçusu Edinson Kavaninin karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı forvardın qərarı Madrid “Real”ını məyus edib.

Belə ki, “kral klubu”nun yayda heyətinə cəlb etməyi planlaşdırdığı Kavani PSJ-də qalacağını bəyan edib. Bu mövsüm Fransa çempionatında 29 oyunda 29 qola imza atan oyunçunun çıxışı klubun sahibi Nasser əl-Xelaifinin ürəyincədi. Məhz onun göstərişindən sonra Kavani ilə danışıq aparılıb və müqavilə müddətinin 2020-ci ilə qədər uzadılması qərara alınıb.

Qeyd edək ki, Edinson Kavani PSJ-yə 2013-cü ildə 55 milyon avro müqabilində “Napoli”dən keçib.









Redaktorun seçimi