Arda Turinə yollansa da...

Hit: 469
Arda Turinə yollansa da...

Çempionlar Liqasının ¼ final mərhələsində “Yuventus”la qarşılaşacaq “Barselona” Turinə yollanıb.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, zədəli futbolçu Arda Turan da İtaliyaya gedən heyətdə yer alıb.

Onunla yanaşı, digər zədəli Aleş Vidal və cəzalı Serxio Buskets də Turinə aparılıb. Adıçəkilən oyunçulardan heç biri “Yuventus”la ilk qarşılaşmada meydana çıxmayacaq. Buna rəğmən, baş məşqçi Luis Enrike həm Arda, həm Vidal, həm də Busketsin İtaliyaya yollanan heyətdə yer almasını lazım bilib.  

Qeyd edək ki, “Yuventus” – “Barselona” matçı aprelin 11-də keçiriləcək.









Redaktorun seçimi