“İnter” “bürünc”ü təmin etdi, “Sumqayıt” qalib gəldi - YENİLƏNİB

Hit: 1135
“İnter” “bürünc”ü təmin etdi, “Sumqayıt” qalib gəldi - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub.

Faktor.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub. “Zirə” “İnter”i, AZAL “Sumqayıt”ı qəbul dib.

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Zirə” ilə “İnter”in dueli bərabərliklə başa çatıb. “Keçmiş bankirlər” 1:1 hesablı nəticə ilə özü üçün ən az 3-cü yeri təmin edib. Bərabərlik “Zirə”ni də əvvəlki mövqeyində - 4-cü pillədə saxlayıb. Maraqlıdı ki, bu komandaların cari mövsümdə keçirdiyi hər 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Özü də bütün görüşlər 1:1 hesabı ilə nəticələnib.

Sonuncu pillədəki mövqeyi rəsmiləşən AZAL isə “Sumqayıt”ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb. “Gənclik şəhəri” təmsilçisi Avropa Liqasına vəsiqə qazanmağa iddiasını davam etdirir. Qazanılan 3 xal "Sumqayıt"ın "Zirə"ni təqibini davam etməsinə səbəb olub.

Topaz Premyer Liqası

25-ci tur

10 aprel (bazar ertəsi)

AZAL – “Sumqayıt” - 1:2

Qollar: Ruslan Əmircanov, 42 - Amil Yunanov, 22, Mirabdulla Abbasov, 63

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 0:1
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena”

“Zirə” – “İnter” - 1:1

Qollar: Riçard Qadze, 19 - Rauf Əliyev, 12

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:1
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu

Turnir cədvəli

1

Qarabağ

25

16

5

4

39-12

53

2

Qəbələ

25

13

10

2

43-14

49

3

İnter

25

11

10

4

36-25

43

4

Zirə

25

8

8

9

22-25

32

5

Sumqayıt

25

8

7

10

24-31

31

6

Kəpəz

25

6

9

10

19-26

27

7

Neftçi

25

8

2

15

19-40

26

8

 AZAL

25

1

7

17

12-41

10

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11









Redaktorun seçimi