Reynaldo "Qarabağ"a qayıdır? - RƏSMİ

Hit: 590
Reynaldo "Qarabağ"a qayıdır? - RƏSMİ
"Qarabağ”dan "Adanaspor”a transfer olunan Reynaldonun komandasında baş məşqçi dəyişikliyi gerçəkləşdirilib. 

Şübhəsiz, yeni baş məşqçi də özünə uyğun komanda formalaşdıracaq. Bu mənada Reynaldonun da "Adanaspor”dan ayrıla biləcəyi istisna deyil Bəs belə olan təqdirdə onu "Qarabağ”a dönüşü mümkündümü? Qurban Qurbanov yayda komandada dəyişikliklər edəcəyəm deyəndə, bunu da nəzərdə tutubmu?
 
Məsələ ilə bağlı klubun mətbuat katibi Nurlan İbrahimovla danışdıq. Nurlan bəy Sport7.az-a verdiyi açıqlamada bunları söylədi?
 
"Reynaldo başqa komandanın futbolçusudu. 3 illik müqaviləsi var. Elə bir şey ümumiyyətlə, söhbət mövzusu deyil. Qurban müəllim dəyişiklik deyəndə, Reynaldonu nəzərdə tutmadığına əminəm. Onunla bağlı heç söhbət də olmayıb”.
 








Redaktorun seçimi