"Qarabağ" və "Qəbələ" finala yaxınlaşdı

Hit: 421
"Qarabağ" və "Qəbələ" finala yaxınlaşdı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Faktor.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra klublar kubok matçına çıxıb.

Bu mərhələnin görüşləri paytaxt - əyalət rəqabəti ilə diqqət çəkib. Belə ki, yarımfinalda Bakı klubları bölgə təmsilçiləri ilə münasibətlərini aydınlaşdırıblar. Çempionluq iddiasında olan “Qarabağ”la “Qəbələ” müvafiq olaraq “Neftçi” və “İnter”lə oynayıblar.

Günün ilk matçı “İnter Arena”da baş tutub. Meydan sahibləri “Qəbələ” ilə qarşılaşıb. Cari mövsümdə rəqibini məğlub edə bilməyən Zaur Svanadzenin yetirmələri bu dəfə də qələbəyə həsrət qalıblar. Qonaqlar 3:1 hesablı qələbə qazanaraq cavab matçı öncəsi çox önəmli üstünlük əldə ediblər. 

Günə Azərbaycan derbisi ilə yekun vurulub. Söhbət bütün çempionatlarda yüksək liqanın iştirakçısı olan iki komanda – “Neftçi” və “Qarabağ”ın duelindən gedir. Oyundan əvvəl 80 illik yubiley tədbirlərini davam etdirən "ağ-qaralar" matçı bayram əhvalında başa vura bilməyiblər.

"Qarabağ" rəqibini 2 qolla "təbrik edib".

Azərbaycan kuboku

Yarımfinal

İlk oyunlar

30 mart

“Neftçi” – “Qarabağ” - 0:2

Qollar: Muarem, 14, Dino Ndlovu, 29

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

8-ci km qəsəbə stadionu

“İnter” – “Qəbələ” - 1:3

Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (p.), 47, Filip Ozobiç, 88 (p.)

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Əli Hüseynov

“İnter Arena”









Redaktorun seçimi