Ay-ulduzlu gənclər ümid verdi - VİDEO

Hit: 253
Ay-ulduzlu gənclər ümid verdi - VİDEO

Türkiyə millisi yoxlama oyununda qüvvəsini sınayıb.

Faktor.az xəbər verir ki, “ay-ulduzlular” Moldova millisini sınağa çəkib. Türkiyə millisinin baş məşqçisi Əskişəhərdə keçirilən oyunda gənclərdən ibarət heyətə şans verib. Gənclər də “imperator”un ümidlərini doğruldub. Belə ki, türklər bu oyunda 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Türkiyə yığması bir neçə gün öncə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində evdə Finlandiya millisini 2:0 hesabıyla məğlub etmişdi.









Redaktorun seçimi