“Telekom” tarixində ilk dəfə Azərbayacan çempionu oldu

Hit: 402
“Telekom” tarixində ilk dəfə Azərbayacan çempionu oldu

“Telekom” qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün çempionu olub.

Faktor.az xəbər verir ki, “rabitəçilər” son turda “Lokomotiv”lə görüşdə 3:0 hesablı qələbə qazanmaqla, qızıl medalları əldə ediblər. Bu, “Telekom”un tarixində ilk çempionluqdu.

“Azərreyl” bu turda “Azəryol”la qarşılaşacaq ki, bu oyunun nəticəsi çempionluğa təsir etməyəcək. Beləliklə, “Azərreyl” ötən il qazandığı çempion tituluyla vidalaşmış oldu.

"Azərreyl" gümüş, "Azəryol" isə bürünc medalları hesabına yazıb.









Redaktorun seçimi