"Təkliflər var və getmək istəyirəm" - Qara Qarayev

Hit: 541
"Təkliflər var və getmək istəyirəm" - Qara Qarayev

Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevə Avropanın bir neçə klubundan təklif olduğu haqqında menecer Riad Rəfiyev report.az-a açıqlama verib.

Faktor.az xəbər verir ki, o, bu təklifləri mövsümün sonunda müzakirə edəcəklərini bildirib.

Qarayev özü də "qafqazinfo"ya açıqlamasında təkliflər olduğunu təsdiq edib: "Mənim də bu barədə məlumatım var. Avropadan təkliflər olduğu haqqında deyiblər. Amma hələlik "Qarabağ"la müqaviləm var və onun başa çatmasını gözləməliyəm. Təklifləri mövsümün sonunda müzakirə etmək lazımdır. Həmçinin həmin klubların nə qədər ciddi olmasına da diqqət yetirmək lazımdır. Düzgün seçim etmək lazımdır ki, karyeram məhv olmasın. Bunun üçün zamanımız olacaq, danışacağıq, müzakirə edəcəyik. Mən də xaricdə, güclü çempionatlarda oynamaq niyyətindəyəm. Gözləyək".









Redaktorun seçimi