“Beşiktaş” millimizə qol vuran futbolçuya "elçi" düşdü

Hit: 316
“Beşiktaş” millimizə qol vuran futbolçuya "elçi" düşdü

“Beşiktaş” sabiq hücumçusu Mario Qomesi komandaya qaytarmaq yolunda fəaliyyətə keçib.

Faktor.az xəbər verir ki, İstanbul klubunda transfer işlərinə baxan qrup Almaniya millisinin üzvünü razı salmaq üçün bu ölkəyə yollanmaq qərarına gəlib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Xəbərdə klub rəhbərliyinin komandanın hazırkı hücumçusu Vinsent Abubakarın son vaxtlar intizamsız oyunundan narazı qaldığı, buna görə, vaxtilə komandada qolları sıralayan Qomesi heyətə cəlb etməklə, bu problemi aradan qaldırmağı hədəflədikləri qeyd edilib.

Hazırda “Volfsburq”un uğurları üçün çalışan Qomesin “canavarlar”la müqavilə müddəti 2019-cu ilin yayında başa çatacaq. “Beşiktaş” rəhbərliyi Marionun keçidi alınmayacağı təqdirdə, Bundesliqanın digər təmsilçisi “Şalke”nin hücumçusu Klaas-Yan Huntelarla danışıqlara başlayacaq. Holland hücumçu mövsümün sonunda azad agent statusu alacaq.

Qeyd edək ki, Qomes dünən Almaniya millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda millimizə qarşı oyunda forma geyinib və komandasının böyük hesablı qələbəsinə (4:1) bir qolla töhfə verib.









Redaktorun seçimi