Kamran Ağayev “100”-ü keçdi

Hit: 314
Kamran Ağayev “100”-ü keçdi

Kamran Ağayev Azərbaycan millisində buraxdığı qol sayı üçrəqəmli ədədlə ifadə olunan ilk qapıçı kimi tarixə düşüb.

Faktoraz xəbər verir ki, Ağayevin yığmada buraxdığı 100-cü qol Almaniya ilə matça təsadüf edib. DÇ-2018-in seçmə mərhələsindəki bu görüşədək 64 dəfə milli forması geyinən qolkiper 97 top buraxmışdı. Mario Qomesin 45-ci dəqiqədə vurduğu top bundestimin bu matçda 3-cü qolu olub.

Kamran da bununla 100-ə çatıb. 4:1 hesabı ilə qələbə qazanan qonaqlar Ağayevi 101-ci dəfə də məyus edə biliblər.

Azərbaycan millisi tarixində 100 və daha çox top buraxan ilk və yeganə qapıçı olan Kamran orta hesabla hər matçda 1,554 qola üzülüb.

//Komanda.az//









Redaktorun seçimi