"5 qol da vursam..." - Qara Qarayev

Hit: 235
"5 qol da vursam..." - Qara Qarayev

Dünün milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya millisinə 1-4 hesabı ilə məğlub olub.

Faktor.az xəbər verir ki, matçından sonra millimizin üzvü Qara Qarayev sualları cavablandırıb.

- Fikirlərinizi bölüşün oyun haqqında...

- Çətin olacağını bilirdik. Rəqibə zaman-zaman həyəcanlı anlar yaşatdıq. Bunu bacara bildiksə, daha yaxşı yerlərə layiqik.
 
- Sənə elə gəlmir ki, oyunun qırılma anı buraxdığımız ikinci qol oldu?

- Mən də elə düşünürəm. Adam paylaşa bilmədik, ona görə də qol buraxdıq. Səhv etmirəmsə, Əfran hücuma çıxanda müdafiə öz yerini tutmamışdı. İtirdik orda...
 
- Əfran özü nə dedi? Danışdız bu barədə? Nə etmək istəyirdi?

- Heç nə... Cavidə ötürmə vermək istəyirdi, o da alınmadı. Normal haldı, ancaq belə halları gözləməli idik. Daha ciddi olmalıydıq. Rəqib səhvlərdən yüz faiz yararlanan, dərhal əks-hücuma çıxan komandadı. Düşünürəm ki, bu gün bizi dəstəkləyən azarkeşlərlə daha yaxşı yerlərə gedib çata bilərik.
 
- Səni beynəlxalq oyunlarda bu dərəcədə inamlı görməmişdik, xüsusilə də topla. Bu gün nə baş verirdi? Keçidlər, fintlər baş məşqçinin tapşırığı idi, yoxsa?

- Belə deyək də, bura millidi. Burda göstərdiyimiz ən yaxşı oyunlar bizi daha yaxşı yerlərə çıxarda bilər. Millidəki oyunlarıma xüsusi hazırlaşıram. Çünki bizdən burdakı 9 milyon və xaricdəki həmyerlilərimiz nəticə tələb edirlər. Həmişə yaxşı oynamağa çalışmışam, ancaq bu gün səhvlərim çox idi.
 
- Rövnəq Abdullayev sizinlə görüşmədi?

- Xeyr.

- Yaxşı oynamadığını desən də, bu gün millinin heyətində iki ən yaxşı oyunçudan biri idin. Bu qədər təvazökarlıq çox deyil ki?

- Təvazökarlıq deməzdim. Bu, mənim işimdi. Çalışıram işimə vicdanla yanaşım. 5 qol da vursam, yaxşı oynadığımı düşünə bilmərəm. Əskiklərim və çatışmazlıqlarım var idi. Çalışacam ki, onu da düzəldim.

- Qara, forma dəyişmədin?

- Xedira ilə dəyişdim. Bu da normaldı, televiziyadan izlədiyimiz oyunçudu.

- Bu görüşdə yanında Almeyda olsaydı, daha yaxşı olardımı sənin üçün?

- Bu cür suallarla oyundakı digər yoldaşların haqqına girmiş olarıq. Çünki Rahid də, Cavid də bacardıqlarından da artıq mübarizə apardılar. Ancaq ümumilikdə götürəndə, Riçard milli komandanı gücləndirə biləcək oyunçudu.









Redaktorun seçimi