Almaniya millisi Bakıda - FOTOLAR

Hit: 566
Almaniya millisi Bakıda - FOTOLAR

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır.

Faktor.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra Azərbaycana çatıb.

Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları "Boulvared Hotel"ə yollanıblar.

Almaniya yığması Bakıdakı yeganə məşqinə sabah saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

1
1
1
1
1








Redaktorun seçimi