AFFA "Qəbələ", "İnter" və "Zirə"ni cərimələdi

Hit: 465
AFFA "Qəbələ", "İnter" və "Zirə"ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Faktor.az
 xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

"Zirə” – "Qarabağ” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). 

Oyunun 66-cı dəqiqəsində "Zirə” klubunun 16 №-li futbolçusu Akeem Latifu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun "Neftçi” – "İnter” matçında "İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun AZAL – "Qəbələ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).









Redaktorun seçimi