"Barselona" 19 min avro məbləğində cərimələndi

Hit: 437
"Barselona" 19 min avro məbləğində cərimələndi

UEFA İspaniyanın "Barselona" klubunu 19 min avro məbləğində cərimələyib.

Faktor.az xəbər verir ki,buna Kataloniya komandasının Fransa PSJ-si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəb olub.

Martın 8-də "Nou Kamp"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barsa"ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı (5 sarı vərəqə və s. - "Report") ittihamları irəli sürülüb.

Bundan başqa İtaliya "Napoli"si 38 min avro cərimələnib. İspaniya "Real Madrid"inə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol klubunun azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq meydana kənar əşyalar atıblar. Habelə stadionda pilləkənlər tutulub.









Redaktorun seçimi