Nə "Real", nə "Bavariya" - Çempionlar Liqasının favoriti...

Hit: 770
Nə "Real", nə "Bavariya" - Çempionlar Liqasının favoriti...

"Winline" bukmeker kontoru Çempionlar Liqası üçün yeni əmsallarını açıqlayıb.

Faktor.az xəbər verir ki, turnirin əsas favoriti qismində "Barselona" göstərilib. Katalanların çempionluğuna 3.50 əmsal verilib. "Bavariya"nın əmsalı isə birdən-birə 3,85-dən 4,33-ə qalxıb.

1/4 finalda "Bavariya"ya rəqib olması "Real"ın şanslarına da təsirsiz ötüşməyib. Hazırda Madrid təmsilçisinin çempionluğu 6.50 əmsalında dəyərləndirilir.

"Lester" isə turnirin autsayderidir. Premyer liqanın qalibinin Avropanın ən mötəbər turnirində çempion olmasına 29.00 əmsal verilib.









Redaktorun seçimi