FİFA daha bir klubu cərimələdi

Hit: 366
FİFA daha bir klubu cərimələdi

Planetin ali futbol qurumu daha bir klubu cərimələyib.

Faktor.az
 xəbər verir ki, bu dəfə Rusiyanın "Kuban" klubu FİFA-nın qəzəbinə tuş gəlib. Krasnodar təmsilçisi aprelin 10-a qədər rumıniyalı çalışdırıcı Danu Petreskuya bütün borclarını ödəməlidi. Borc ödənilməyənə qədər "Kuban"a yeni futbolçuların transferi də qadağan edilib.

Bu barədə rumın mütəxəssisin agenti məlumat yayıb. Onun sözlərinə görə, qoyulan müddətdə problem həll olunmasa, "Kuban"ın hesabından xallar silinəcək və digər sanskiyaların tətbiqinə başlanacaq.









Redaktorun seçimi