Əmrə Mor Türkiyə Super Liqasında?

Hit: 480
Əmrə Mor Türkiyə Super Liqasında?

"Borussiya"da əsas heyət üzvünə çevrilməyə çətinlik çəkən Əmrə Mor Türkiyə Super Liqasında oynaya bilər.

Faktor.az xəbər verir ki, "Beşiktaş" Moru icarəyə götürmək üçün hərəkətə keçib. 10 milyon avroya "Borussiya"ya transfer olunan Əmrənin Dortmund təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. Bu səbəbdən onu bir dəfəlik transfer etmək "Beşiktaş" üçün çətin görünür.

"Kiçik Messi" adlandırılan Əmrə Mor "Beşiktaş"da oyun təcrübəsini artırıb daha iddialı şəkildə Dortmunda qayıtmaq istəyir.









Redaktorun seçimi