Qarabağ" "Qəbələ" və "Neftçi"ni qabaqladı - UEFA-nın yeni reytinqi

Hit: 320
Qarabağ" "Qəbələ" və "Neftçi"ni qabaqladı - UEFA-nın yeni reytinqi

UEFA qitə klublarının yeni reytinq siyahısını açıqlayıb. 

Faktor.az
 xəbər verir ki, bu siyahı Çempionlar Liqası və Avropa Liqasında baş tutan 1/4 final oyunlarından sonra yekun dəyişikliklərə uğrayıb. 

Qitənin ali futbol qurumu siyahısında ümumilikdə 453 klub var. Onlardan yeddisi Azərbaycanı təmsil edir.   

Bizim klublar arasında ən yaxşı göstərici "Qarabağ”a məxsusdur. Ağdamlılar 18.050 xalla 106-cı sırada qərarlaşıb.  9.800 reytinq xalına sahib "Neftçi” 162, 7.800 xalı olan "Qəbələ” 185, 6.050 xalla "İnter” isə 229-cu sırada yer alıb.  

279-cu pillədə məskunlaşan "Xəzər Lənkəran”ın 4.550, 289-cu "Kəpəz”in 4.050, 308-ci "Bakı”nın isə 3.800 reytinq xalı var.   

Siyahıya "Real” başçılıq edir. Madrid təmsilçisinin 166.371 reytinq xalı var. İkinci yerdəki "Bavariya” 154.842, üçüncü "Barselona” isə 150.371 xal toplayıb.









Redaktorun seçimi