Almaniya millisində daha bir itki

Hit: 548
Almaniya millisində daha bir itki

Azərbaycanla görüş öncəsi Almaniya millisi daha bir futbolçusunu itirib.

Faktor.az
 xəbər verir ki, bu dəfə millidə debüt etməyə hazırlaşan futbolçu sıradan çıxıb. "Leyptsiq"in üzvü Tim Verner İngiltərə ilə oyunun gedişində zədələnib.

21 yaşlı hücumçu Bakıya gələn heyətdə yer almayacaq. 

Xatırladaq ki, Azərbaycan - Almaniya qarşılaşması martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq.









Redaktorun seçimi