Almanlara qarşı 5-ci duel: - Amma bu dəfə Foqtssuz

Hit: 408
Almanlara qarşı 5-ci duel: - Amma bu dəfə Foqtssuz

Azərbaycan millisi növbəti oyununda Almaniya ilə qarşılaşacaq.

Faktor.az xəbər verir ki, martın 26-da keçiriləcək görüş rəqiblər arasında 5-ci duel olacaq.

Bundestimlə ilk duelimiz 8 il əvvəl baş tutub. DÇ-2010-nun seçmə mərhələsində Bakının qonağı olan almaniyalılar 2 cavabsız qolla qalib gəlmişdi. Bir ay sonra Hannoverdə keçirilən qarşılaşmada isə meydan sahibləri amansız olmuşdu – 4:0.

Növbəti seçmə mərhələdə - AÇ-2012-yə gedən yolda da millimiz Almaniyaya rəqib olub. Ssenari isə dəyişməz qalıb. Bakıda qonaqlar iki top fərqi ilə qələbə qazanıb 1-3, səfərdə isə yığmamız darmadağına üzülüb 6-1. Amma son iki görüşdə futbolçularımız da qol sevinci yaşayıb.

Maraqlıdı ki, Almaniyanın qələbəsi ilə başa çatan bu 4 oyunun hamısında yığmamızı bu ölkədən olan Berti Foqts çalışdırıb. Bu 4 matçda 2 qol vuran komandamız 15 top buraxıb. Səfərdə böyükhüsaablı, evdə 2 top fərqli yenilgilərə öyrəşən millimiz ilk dəfə almaniyalı baş məşqçisi olmadan Bundestimlə qarşılaşacaq. Xorvatiyalı Robert Prosineçki mənfi tendensiyalara 5-ci dueldə son qoymağa ümidlidi.

Azərbaycan yığması Almaniyaya qarşı

12 avqust 2009. Bakı. DÇ. Azərbaycan - Almaniya - 0:2

9 sentyabr 2009. Hannover. DÇ. Almaniya - Azərbaycan - 4:0

7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1

7 iyun 2011. Bakı. AÇ. Azərbaycan – Almaniya - 1:3









Redaktorun seçimi