Ronaldodan etiraf - "Ən istedadlı odur"

Hit: 968
Ronaldodan etiraf - "Ən istedadlı odur"

Portuqaliyada "İlin futbolçusu" seçilən Kriştiano Ronaldo təltifetmə mərasimində maraqlı açıqlamalarla yadda qalıb.

Faktor.az 
xəbər verir ki, Sport TV-nin suallarını cavablandırarkən "Real"ın futbolçusu gənclərə məsləhətlərini deyib və Kuarejmanı tərifləyib:

"Gənclər öz üzərlərində daim çalışmalı, qarşılarına ciddi məqsədlər qoymalıdılar. Təslim olmaq lazım deyil. Bəzən istedadlı futbolçular məhz bu səbəbdən özlərini tam göstərə bilmirlər. Kuarejma ölkəmizin ən istedadlı futbolçusudur. Amma mən öz üzərində çalışmağı, məşq etməyi sevən mənəm".









Redaktorun seçimi