"Manchester City"dən gənc qapıçıya sərvət

Hit: 393
"Manchester City"dən gənc qapıçıya sərvət

"Manchester City" gənc qolkiper Canluci Donnarummanın xidmətlərində maraqlıdır.

Faktor.az xəbər verir ki, ingilislər bu transferin baş tutması üçün 120-150 milyon avro xərcləməyə hazırdır. Ötən ilin noyabrında məlum olmuşdu ki, "City" Donnarummanı transfer etmək üçün "Milan"a təklif göndərib. Amma bunun maliyyə detalları gizlin saxlanılmışdı. Gənc qapıçının "rossoneri" ilə yeni müqavilə imzalayıb imzalamaması gözlənilir. Onun özü yetişdiyi klubda qalmaq arzusundadır. 









Redaktorun seçimi