Azərbaycanlı idmançının zalına silahlı hücum

Hit: 756
Azərbaycanlı idmançının zalına silahlı hücum

MMA üzrə dünya çempionu Əli Nəcəfinin məşq keçdiyi "Marafon" zalına silahlı basqın olunub.

Faktor.az xəbər verir ki, 17 nəfər atletik bədən quruluşuna malik şəxs soyuq silahla zala daxil olub. Qəfil hücum nəticəsində zalda məşq keçən 4 nəfər xəsarət alıb. Onlardan birinin qolu kəsici yara alıb, digərinin almacıq sümüyü sındırılıb. Zalda olan 10 yaşlı uşaq da döyülüb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Əli Nəcəfi peşəkar döyüş sambosu üzrə dünya yarımfinalçısı, qrapplinq üzrə Rusiya, Moskva çempionu və bir sıra turnirlər qalibidir. Peşəkar boksda da sözünü deməyə başlayan həmyerlimizin "Najafi Fight Team" komandası da var.

//goal.az//








Redaktorun seçimi