"Beşiktaş" futbolçusunu cərimələdi

Hit: 491
"Beşiktaş" futbolçusunu cərimələdi
"Beşiktaş" futbolçusu Vensen Abubakarı cəzalandırıb. 

Faktor.az
 xəbər verir ki, bu barədə "Habertürk” məlumat yayıb. Xəbərə görə, futbolçu 270 min avro məbləğində cərimələnib.
 
Buna onun son 2 oyunda qırmızı vərəqə alması səbəb olub. V.Abubakar Avropa Liqasının 1/8 finalında "Olimpiakos"la cavab matçındakı qırmızı vərəqəyə görə 200 min avro, Türkiyə superliqasının 25-ci turunda "Antalyaspor"la görüşdəki qırmızı vərəqə üçün isə 70 min avro məbləğində cərimələnib.
 
Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçi Şenol Günəşin bəzi qərarlarına etiraz edən futbolçular Rikardo Quarejma və Tolgay Arslanı da cəzalandıracağı gözlənilir.








Redaktorun seçimi