Ronaldu vətənində “İlin ən yaxşı futbolçusu” seçildi

Hit: 350
Ronaldu vətənində “İlin ən yaxşı futbolçusu” seçildi

Madrid "Real"ının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "İlin ən yaxşı futbolçusu-2016" mükafatına layiq görülüb.

Faktor.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat verib.

Bu il K.Ronaldu 4-cü dəfə "Qızıl top"  mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldu Madrid "Real"ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş  "İlin ən yaxşı məşqçisi"  mükafatı ilə təltif olunub. Qaliblərinin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.









Redaktorun seçimi