Premyer Liqanın 23-cü turunda azarkeş sayına görə fərqlənən oyunlar

Hit: 481
Premyer Liqanın 23-cü turunda azarkeş sayına görə fərqlənən oyunlar

Topaz Premyer Liqasında 23-cü tura yekun vuruldu.

Faktor.az xəbər verir ki, turun 4 qarşılaşmasını ümumilikdə 11 180 azarkeş stadionda izləyib. Ən şox azarkeş Gəncədə qeydə alınıb. "Kəpəz" - "Sumqayıt" (1 - 0) matçında 7200 tamaşaçı qeydə alınıb. Azərkeşlərin sayına görə ikinci yerdə "Neftçi" - "İnter" (2 - 1) oyunu gəlir. "Ağ-qaralar"ın 80 illik yubileyinə təsadüf edən oyunu tribunadan 2550 azarkeş izləyib. 

Digər iki qarşılaşmada isə azarkeşlərin sayı az olub. Belə ki, "Zirə" - "Qarabağ" (0 - 0) görüşündə 1300, AZAL - "Qəbələ" (1  - 1)nmatçında isə 300 nəfər olub.









Redaktorun seçimi