Məsut Özilin Bakıya gəlib-gəlməyəcəyi dəqiqləşdi

Hit: 558
Məsut Özilin Bakıya gəlib-gəlməyəcəyi dəqiqləşdi

Almaniya millisinin və "Arsenal"ın futbolçusu Məsut Özilin son durumuna aydınlıq gəlib.

Faktor.az xəbər verir ki, o, məşq vaxtı zədə almasına baxmayaraq, İngiltərə yığması ilə yoldaşlıq görüşündə və millimizlə DÇ-2018-in seçmə mərhələsində çərçivəsində keçiriləcək oyunda iştirak edəcək. M.Özil bu gündən yığmanın düşərgəsinə gedəcək.

M.Özil zədə səbəbindən İngiltərə Premyer Liqasında "Vest Bromviç"lə oyunu buraxıb.

Qeyd edək ki, Almaniya martın 22-i Dortmundda İngiltərə ilə qarşılaşacaq. Bundan 4 gün sonra Yoahim Lövün komandası millimizin qonağı olacaq.









Redaktorun seçimi