Liderlər üçün uğursuz həftə - YENİLƏNİB

Hit: 331
Liderlər üçün uğursuz həftə - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 23-cü tura yekun vurulub.

Faktor.az xəbər verir ki, turun son iki oyununun heç birində qalib müəyyənləşməyib.

Son gün “AZAL Arena”da başlayıb. Çempionatın autsayderi olan AZAL liderliyi qaytarmağa iddialı “Qəbələ”ni qəbul edib. 8 matçdı qələbə həsrətində olan Tərlan Əhmədovun yetirmələri ilk dövrədəki kimi rəqibini büdrətməyi bacarıb. Görüşdə hesabı qonaqlar açsalar da, son dəqiqələrdə Kvirtiyanın vurduğu qol "təyyarəçilər"ə bir xal qazandırıb.

Tura Zirədə yekun vurulub. Çempionatın lideri “Qarabağ” özü üçün asan rəqib olan “Zirə”nin qonağı olub. Ardıcıl 4-cü çempionluq iddiasında olan əyalət klubu gözlənilmədən "Zirə" ilə heç-heçə edib. Meydan sahibləri matçın gedişində azlıqda qalsa da, Qurban Qurbanovun komandası təxminən yarım saat ərzində 10 nəfər qalmış rəqibinin qapısına yol tapa bilməyib. 

Topaz Premyer Liqası

23-cü tur

19 mart (bazar)

“Zirə” – “Qarabağ” - 0:0

Qırmızı vərəqə: Latifu, 67 ("Zirə")

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu

AZAL – “Qəbələ” - 1:1

Qollar: Kvirtiya, 90 - Tellur Mütəllimov, 52

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov

“AZAL Arena”

1.

Qarabağ

23

15

4

4

37-11

49

2.

Qəbələ

23

13

8

2

42-13

47

3.

İnter

23

10

9

4

33-23

39

4.

Zirə

23

8

6

9

20-23

30

5.

Neftçi

23

8

2

13

19-36

26

6.

Sumqayıt

23

6

7

10

20-30

25

7.

Kəpəz

23

5

9

9

16-24

24

8.

AZAL

23

1

7

15

10-37

10

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.









Redaktorun seçimi