"Real"ın futbolçusu rüşvət verdiyinə görə məhkəmə qarşısına çıxıb

Hit: 464
"Real"ın futbolçusu rüşvət verdiyinə görə məhkəmə qarşısına çıxıb

Fabio Koentraonun son vaxtlar "Real"ın məşqlərində görünməməsinin səbəbi məlum olub.

Faktor.az xəbər verir ki, təcrübəli müdafiəçi Braqada məhkəmə qarşısına çıxıb. O, 2012-ci ildə sürücülük vəsiqəsi almaq üçün 4 min avro rüşvət verdiyini etiraf edib. Koentrao bildirib ki, imtahanın nəzəri hissəsində müəllimlərdən biri düzgün cavabları ona jestlərlə göstərib. Portuqaliyalı futbolçu qeyd edib ki, sualların yarısına cavabı bilirmiş və kömək olmadan imtahandan keçə bilməyəcəkmiş. Koentrao rüşvət verməsini 5 il öncə Madrid klubuna transferin astanasında olması ilə əlaqələndirib. Belə ki, İspaniyada sürücülük vəsiqəsi almaq üçün ispan dilini öyrənmək lazımdır. Məhkəmənin qərarı ilə müdafiəçi xeyriyyə fonduna 3 min avro ödəyəcək.









Redaktorun seçimi