“Mançester Yunayted”in mövsümdəki ilk titulu - VİDEO

Hit: 525
“Mançester Yunayted”in mövsümdəki ilk titulu - VİDEO

İngiltərə Liqa kubokunun qalibi bəlli olub.

Faktor.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən həlledici oyunda “Mançester Yunayted”lə “Sauthempton” üz-üzə gəlib.

Görüş “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Zlatan İbrahimoviçin dubl etdiyi oyunda Xese Linqard bir dəfə fərqlənib. Qarşı tərəfdən isə Qabbiadini iki qolla yadda qalıb.

Bununla da, Joze Mourinyo “Mançester Yunayted”in “sükanı arxasında” ilk titulunu qazanıb.

Qeyd edək ki, “mankunianlar” tarixi ərzində 5-ci dəfə Liqa kubokuna sahib çıxıb.

İngiltərə Liqa kuboku

Final

26 fevral

“Mançester Yunayted” – “Sautqempton” – 3:2

Qollar: İbrahimoviç, 18; 87. Linqard, 38 - Qabbiadini, 45+1, 48.









Redaktorun seçimi