Lempard “Stemford Bric”lə belə vidalaşdı - VİDEO

Hit: 534
Lempard “Stemford Bric”lə belə vidalaşdı - VİDEO

İngiltərə Premyer Liqasının 26-cı turunda keçirilən “Çelsi” - “Suonsi” qarşılaşmasının (3:1) fasiləsində xüsusi mərasim keçirilib.

Faktor.az xəbər verir ki, “Stemford Bric”də Frenk Lempardla vida mərasimi keçirilib. Lempard fevralın 2-də karyerasını bitirdiyini bildirmişdi. “Çelsi” azarkeşləri ilə vidalaşan Lempard mikrafon qarşısında bunları söyləyib:

“Müəyyən səbəblərə görə sizinlə vidalaşa bilməmişdim. Klub rəhbərliyinə təşəkkür edirəm ki, bu mərasimi təşkil ediblər. Mənim xüsusi təəssüratlarım bu yerlə bağlıdı. O təəssüratları indi də yaşayıram. Siz olmasaydız, heç nəyə nail olmazdım. Hər şeyə görə sizə minnətdaram və hər birinizi sevirəm”.

Qeyd edək ki, Lempard “Çelsi”də 2001-2014-cü illərdə çıxış edib. O, bu klubda 648 oyun keçirib, 211 qol vurub.









Redaktorun seçimi