Türk bombardir ingilislərin diqqət mərkəzində

Hit: 617
Türk bombardir ingilislərin diqqət mərkəzində

Türkiyənin “Beşiktaş” klubunun hücumçusu Cenk Tosun İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mario Qomesin ayrılmasından sonra daha çox şans qazanan və qolçuluq bacarığını nümayiş etdirən 25 yaşlı futbolçunun xidmətində bir neçə ingilis klubu maraqlıdı. Xəbərdə bu ölkənin Çempionşip təmsilçisi “Norviç”lə yanaşı, adı açıqlanmayan bir neçə Premyer Liqa klubunun da Tosunun xidmətində maraqlı olduğu, bu klubların nümayəndələrinin “Qalatasaray”la derbi oyununda onu stadiondan izləyəcəkləri qeyd edilib.

Qeyd edək ki, Cenk Tosun cari mövsümdə meydana çıxdığı 24 oyunda 18 qola imza atıb. Super Liqada 16 qola imza atan hücumçu çempionatın ən sərrast futbolçusudu.









Redaktorun seçimi