"Qarabağ" futbol klubu Xocalı faciəsini yad etdi - FOTO

Hit: 739
"Qarabağ" futbol klubu Xocalı faciəsini yad etdi - FOTO

Daim milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşan "Qarabağ" bu dəfə də ənənəsinə sadiq qalıb. 1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşmüşdür. İllər keçsə də xalqımız bu faciəni unutmur. 

Faktor.az 
xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi bu dəfə də faciənin qurbanlarını yad etmək üçün "Qarabağ"ın bazasını ziyarət edib. Görüş faciədə şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Tahir bəy hadisə haqqında danışıb və faciənin yalnız bir xalqın yox, bütün dünyanın üzüntüsü olduğunu bildirib. Vitse-prezident Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün xalqların övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və məqsədimizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb. Sonda Tahir bəy bəşəriyyətə sülh və müharibədən uzaq bir həyat arzuladığını bildirib.









Redaktorun seçimi